"McLaren Automotive" yeni əmtəə nişanlarını qeydə alıb

McLaren şirkəti Böyük Britaniyanın, Avropa İttifaqının və ABŞ-ın patent idarələrində Solus, Aeron və Aonic ticarət nişanlarını qeydiyyatdan keçirib. Avtomobil istehsalçısı bu adlardan nəqliyyat vasitələri, geyim, ayaqqabı və oyuncaq kateqoriyalarında istifadə etmək niyyətindədir. Müvafiq olaraq, bu adlardan birini markanın gələcək superkarı da ala bilər.
Məlum olduğu kimi, McLaren Automotive şirkəti tədricən hərf və rəqəmlərdən ibarət olan işarələnmədən adların xeyrinə imtina etmək niyyətindədir. İlkin olaraq, tam ölçülü adlar yuxarı kateqoriyadan olan avtomobillərə verilib. Ultimate Series seriyasından olan avtomobillər Senna, Speedtail, Elva kimi adları daşıyırlar. Lakin bir il bundan əvvəl, britaniyalıların bütün digər sportkar və superkarların da adını dəyişdirmək qərarına gəldikləri məlum olub. Bunun ilk carçısı Artura hibridi olub.
Əlbəttə ki, ticarət nişanlarına hüquqları qeydə almaq cəhdi, onların gələcək McLaren modellərinə veriləcəyinə dəlalət etmir. Məsələn, Artura adı haqqında məlumatı superkarın debütündən uzun müddət əvvəl, həm də patent ərizəsindən əldə etmişdik. Elə həmin zaman, McLaren şirkəti Artura adı ilə birlikdə Akron, Veo və GTZ adlarını da qeydiyyata almışdı. Lakin bu günə qədər bu adlardan istifadə edildiyini görmürük.
Yeri gəlmişkən, Artura modelinin buraxılması ilə birlikdə, McLaren şirkəti özünün model xəttini ciddi şəkildə yeniləmişdi. Yeni modeli 720S və 765LT indeksli kupe və rodsterlərin daxil olduğu Supercars (əvvəllər Super Series) seriyasına aid etmişdilər. Aşağı Sport Series seriyasından olan modelləri (570S və törəmələri) isə istefaya göndərmişdilər. Ultimate Series kateqoriyasında isə hələlik dəyişiklik gözlənilmir: P1 modelinin mənəvi varisi olan növbəti hiperkarın cari onilliyin ortasında debüt edəcəyi gözlənilir.
autograph
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








