"McLaren" markası "Audi" şirkəti tərəfindən satın alındığını təkzib edib

Bir gün əvvəl Almaniyanın Automobilwoche nəşri Audi və BMW şirkətlərini McLaren şirkətinin potensial alıcıları kimi göstərmişdi. Üstəlik, BMW konserni ilə bağlı iddialara görə, alman tərəfinin yalnız superkar istehsalı biznesini almağa hazır olduğu, Audi şirklətinin isə McLaren şirkətini eyniadlı Formula 1 komandası ilə birlikdə almağı düşündüyü bildirilirdi. Bununla birlikdə, "Autocar" nəşri ilə söhbət edən McLaren nümayəndələri markanın Audi şirkətinin nəzarətinə keçə biləcəyi barədə məlumatı təsdiqləməyib. BMW şirkəti də bu vəziyyətə öz münasibətini bildirib.
"McLaren şirkətinin mülkiyyət strukturunda heç bir dəyişiklik baş verməyib", - McLaren sözçüsü bildirib. Eyni zamanda o, Britaniya istehsalçısının strategiyasının "hər zaman kənar təchizatçılar və avtomobil istehsalçıları ilə əməkdaşlıq imkanlarını nəzərdə tutduğunu" xüsusi ilə vurğulayıb.
Audi şirkətindən Britaniya brendinin satın alınması ilə bağlı yayılan şayiələri şərh etməyiblər, lakin Reuters öz mənbələrinə istinadən Almaniya tərəfinin “daim tərəfdaşlıq variantlarını axtardığını” bildirib. BMW konserninə gəlincə isə, "Automotive News" nəşri ilə söhbətində Bavariya brendinin nümayəndəsi “McLaren şirkətinin satın alınması ilə bağlı məlumatın düzgün olmadığını” bildirib.
Bu arada, "Automobilwoche" nəşrinin əldə etdiyi məlumata görə, dekabrın əvvəlində Audi və BMW şirkətləri McLaren şirkətinin satın alınması üzrə öz təkliflərini Britaniya şirkətinin səhmlərinin 42 faizinə sahib olan Bəhreynin Mumtalakat fonduna təqdim etməli idilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












