Mercedes-Benz EQT konseptini təqdim edib - FOTO

Bu gün Mercedes-Benz şirkəti Citan/eCitan modellərinin carçısı olan Concept EQT konsept avtomobilini təqdim edib. Konsept, alman istehsalçısının orta ölçülü furqonun sərnişin versiyasına olan baxışını nümayiş etdirir.
T-Class model xəttinə daxil olacaq furqon və kompaktvenlər müxtəlif mühərriklərlə təklif ediləcəkdirlər. Sonradan onların cərgəsinə sırf elektrik ötürməsi ilə hərəkətə gələn EQT modeli qatılacaqdır.
Konsept avtomobili çoxsaylı işıqlanan ulduzlardan ibarət olan radiator barmaqlığı, onun işıqlanan çərçivəsi və nazik formalı ön fənərləri ilə seçilir. Çox güman ki, belə işıqlanan haşiyə seriya modelində təklif edilməyəcəkdir. Bunları 21-düymlük təkər disklərinə, üzə çıxan zərif qapı dəstəklərinə də aid etmək olar.
Digər EQ modellərində olduğu kimi, sıfır tullantı səviyyəsinə malik olan furqon arxa işıqaları birləşdirən işıqlanan zolağa və əşyaların yüklənməsini asanlaşdıracaq iri baqaj qapısına malikdir. Avtomobilin şüşlənmə səthi də baxış dairəsini genişləndirməyə imkan verir. Bundan başqa, panoram lyuk salonda genişlik hissini yaratmalıdır.
Yeddi nəfərlik salona malik olan Mercedes-Benz EQT modelinin qabarit uzunluğu 4945 millimetr, eni - 1863 millimetr, hündürlüyü isə 1826 millimetrdir. MBUX sistemi ilə təchiz edilmiş dəri salon, yük bölümündə elektrik lonqbordunun yerləşdirmək üçün kifayət qədər geniş alınıb.
Əlavə məkana tələbat yaranarsa, üçüncü cərgənin oturacaqlarını qatlamaq və yaxud tamamilə söküb çıxarmaq olar.
Furqonun texniki xüsusiyyətləri açıqlanmayıb, lakin seriya EQT modelinin Renault Kangoo E-tech Electric modeli ilə texniki hissəyə malik olacağını nəzərə alsaq, EQT modelinin seriya variantının 101 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu, habelə 45 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyini gözləmək olar. Elektrokarın yürüş ehtiyatı 265 kilometr təşkil edəcəkdir.
Mercedes-Benz Citan və eCitan furqonlarının, T-Class və EQT kompaktvenlərinin bu ilin sonuna qədər debüt etməlidirlər. Furqon və kompaktvenlərin istehsalı Renault qrupunun zavodunda təşkil ediləcəkdir. Sonradan onların sırasına Nissan emblemini daşıyan model də qoşulacaqdır./autograph
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
















