Mercedes-Benz ultra qənaətcil E-Class sedanını təqdim edib

Mercedes-Benz şirkəti 100 kilometrə 1,4 litr yanacaq sərf edən E-Class modelini təqdim edib. Hibrid güc qurğusu təkər bazasının uzunluğu 140 millimetr artırılmış E-Class modelində quraşdırılır. Yüksək qənaətcilliyə malik olan sedan yalnız Çində satılacaqdır.
Hibrid sedan adi uzunbazalı Mercedes-Benz E-Class modelindən yalnız arxa bamperi ilə fərqlənir - arxa fənərlərin altında iki qapaq peyda olub. Sol port sürətli yükləməni, sağ port isə adi məişət şəbəkəsindən yükləməni dəstəkləyir. Ultra-qənaətcil versiyanın digər əlaməti qeyri-adi E 350 eL emblemidir.
Mercedes-Benz E 350 eL modeli 211 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik, 122 at qüvvəli elektrik mühərriki və 15.6 kilovat-saatlıq dartma batareyasından ibarət olan güc qurğusu ilə hərəkətə gəlir.
Tənzimləmələr qənaətcilliyə uyğun seçilib, buna görə də Çində satılan E-Class sedanı Avropadakı E 300 e hibridi ilə müqayisədə qarışıq rejimdə demək olar ki, 1,5 dəfə az yanacaq sərf edir.
Yürüş ehtiyatı baxımından da çinli hibridi avropalı həmkarını üstələyir, lakin 120 kilometrlik avtonomluq yanıldıcı olmamalıdır - ölçmələr köhnə NEDC dövrünə əsasən aparılmışdır. Bununla birlikdə, hibrid sedanı yavaş adlandırmaq olmaz: arxa ötürməli sedan 100 km/saat həddini 6,7 saniyəyə toplayır.
Mercedes-Benz E 350 eL modelinin qiymətini 521.900 yuan (136.700 manat) təyin ediblər - yəni hibrid sedan adi uzunbazalı E-Class modelindən (439.900 yuan və ya 115.300 manat) 18% bahadır./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












