Mercedes-Maybach yeni modelinin xarakteristikaları açıqlanıb

Bir neçə gün bundan öncə, Mercedes-Benz şirkəti Maybach subbrendinin bayraqdar modeli olan Mercedes-Maybach S 680 modelinin şəkillərini dərc edərək müəyyən məlumatla bölüşmüşdü.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, flaqman sedanının 6,0-litrlik V12 mühərriki ilə təchiz olunduğu təsdiqlənsə də, güc aqreqatının xüsusiyyətləri açıqlanmamışdı. Bu məsələyə alman istehsalçısının dilerləri aydınlıq gətiriblər. Sizi çox intizarda saxlamayacağam - 6,0-litrlik V12 biturbo mühərriki 612 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.
Güc aqreqatı 9G-Tronic "avtomatı" ilə tandemdə çalışır.Bu rəqəmlər sizə tanış gələ bilər və burada təəccüblü bir şey yoxdur, çünki yeni flaqman əvvəlki Mercedes-Maybach S 650 modelinin birbaşa varisidir. Flaqman sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.
Qeyd edək ki, superkar və hiperkarları saymasaq Mercedes-Maybach S 680 modeli dünyanın ən bahalı avtomobillərindən biri olacaqdır. Dəbədəbəli sedanın Almaniyadakı satış qiyməti 217 min avrodan başlayır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












