"Mercedes" "Porsche"nin yeni rekorduna etiraz edib - FOTO

Almaniyalı avtomobil istehsalçıları arasında bitmək bilməyən rəqabət hələ də davam edir. «Mercedes» və «Porsche» bu dəfə sürət rekordunu bölüşə bilməyib.
Avtosfer.az bildirir ki, digər sektorların əksinə avtomobil sənayesində markaların bir-birini tənqid etməsi üçün rahat bir mühit var. Bu səbəbdən rəqiblərinə söz atmaqdan heç çəkinməyən «Mercedes AMG» bu dəfə də dişlərini «Porsche» ailesinin üzərinə qıcıdaraq, «Porsche»nin bu yaxınlarda qırdığı rekordunu tənqid edib.
Belə ki, «Manthey Racing» hissələrini istifadə edən bir «911 GT2 RS» versiyası bu yaxınlarda Nürburgring-in yeni "ən sürətli avtomobili" adını qazanmağa nail olmuşdu. Lakin, «Mercedes AMG» sosial şəbəkədə yayımladığı bir paylaşımda bildirib ki, rekord hələ də «Mercedes-AMG GT Black Series»a aiddir. Çünki, Ştutqartli rəqibinin xüsusi bir gövdə kiti istifadə etdiyini və bu hissələrin istehsal modellərində yer almadığını bildirir. Rekord qıran «AMG GT Black Series»i isə istənilən bir showroomdan satın almaq mümkündür.
Mütəxəssislər isə «Mercedes»in bu fikirlərini təqzib edərək, «Manthey 911 GT2 RS»in ictimai yollar üçün tamamilə uyğun olduğunu və hətta bu modeli opsiya siyahısındakı avadanlıqlar ilə birlikdə təchiz etmənin mümkün olduğunu açıqlayıb.
Qeyd edək ki, «Porsche Manthey 911 GT2 RS» rekord göstəricisi 6:38 saniyədir.

Aysel
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












