"Mercedes"dən yeni konsepsiya: bu avtomobil ağılla idarə olunacaq - FOTO

Elmi fantastika filmlərindən çıxan "Mercedes"In yeni Vision AVTR avtomobili ağıl tərəfindən idarə olunacaq.
Avtosfer.az xəbər verir ki, avtomobil sürücünün rəqəmsal göstərici lövhəsinə baxması ilə işləyəcək.
“Mercedes-Benz” Ceyms Kameronun məşhur "Avatar" filminden ilhamlanaraq hazırlanıb.
Sürücülərin düşüncələrini hərəkətə gətirəcək elektrodları olan BCI başlığı ilə birlikdə gələn Vision AVTR üçün heç bir fiziki hərəkət tələb olunmur. Yeni texnologiya sürücülərin avtomobili idarə etmək barədə düşünməkdənsə, rəqəmsal alətlər panelindəki nöqtələrə baxması ilə işləyir. BCI cihazının neyron fəaliyyətini real vaxtda ölçə bildiyini deyən şirkət, ölçülən beyin dalğalarının analiz edildiyini və sürücünün hansı nöqtəyə daha çox diqqət yetirdiyini müəyyənləşdirdiyini bildirib.
“Mercedes”in istehsal etdiyi elektrik avtomobili Vision AVTR hazırda yalnız konsepsiya olaraq nümayiş etdirilib. Gələcəkdə belə bir avtomobilin istehsal edilib-edilməyəcəyi məlum deyil, lakin avtomobilin dizaynı artıq bir çox istifadəçini həyəcanlandırıb.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












