"Mercedes"in bu modellərinin istehsalına son verilir

İspaniyanın Motor.es saytı Mercedes-AMG bölməsinin GT kupe və rodsterinin istehsalına son verdiyini bildirib. Sportkarlara sifarişlərin qəbulu dayandırılıb, konveyerdən isə əvvəllər sifariş edilmiş avtomobillər çıxmaqdadırlar. GT modellərinin 2021-ci ilin dekabr ayında rəsmən istefaya göndəriləcəkləri bildirilib. Bununla belə, beşqapılı liftbekin istehsalı davam etdiriləcəkdir. İstefaya göndərilən GT rodsterini yeni Mercedes-AMG SL modeli əvəzləməlidir. Kupenin varisi barədə məsələ hələlik açıq qalmaqdadır.
Mercedes-AMG GT modeli 2014-cü ildən bəri istehsal olunur və 2020-ci ildə bu xəttin ən güclü modeli– GT Black Series versiyası işıq üzü görüb. “Qara” seriyadan olan modellər 730 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 M178 LS biturbomühərriki ilə hərəkətə gəlirlər. Güc aqreqatı yeddi pilləli AMG Speedshift DCT 7G “robotu” ilə tandemdə çalışır.
Mercedes-AMG GT Black Series modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayır, onun maksimal sürətiisə 325 km/saat həddində məhdudlaşdırılıb.
GT rodsterinin varisi olancaq SL modeli qatlanan yumşaq dama, 2+2 oturacaq formuluna, 4Matic+ tam ötürməsinə sahib olacaq və müxtəlif elektrikləşmə səviyyəsinə malik olan dörd, altı və səkkiz silindrli güc aqreqatları ilə təchiz ediləcəkdir.///autograph
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










