Məşhur avtomobil şirkəti ötən il rekord məbləğdə zərər edib

Fransız avtomobil istehsalçısı “Renault SA” 2020-ci ili böyük zərərlə başa vurub.
Şirkət ötən il 9.7 milyard dollarlıq zərər edib.
Şirkət bunu COVID-19 səbəbindən dünya səviyyəsində tətbiq olunan qapanmalar və tədarük zəncirinin qırılması ilə əlaqələndirib.
Analitiklərin “Renault”un 2020-ci ildə proqnozlaşdırdığı zərər 7,85 milyard avro idi. Ancaq şirkət keçən il gözləniləndən çox 8 milyard avro (9,7 milyard dollar) xalis zərər görüb. 2020-ci ildə itkilərin əksəriyyəti avtomobilin tədarükünün pozulduğu zaman baş verib.
“Renault”un icraçı direktoru Luca de Meo bildirib ki, bu il şirkətin mənfəətini artırmaq üçün ortaqları “Nissan Motor Co.” şirkəti ilə problemlər aradan qaldırılmalıdır. İcraçı direktor istehsal sahələrini bağlamağı və 14,600 işçini ixtisar edərək xərcləri azaltmağı planlaşdırır.
Açıqlamaya görə, şirkətin alqı-satqısı keçən ilin son altı ayında 3,5 faizlik mənfəət marjı yaradaraq xeyli dərəcədə yaxşılaşıb./teleqraf
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












