MG Cyberster aprel ayında nümayiş olunacaq - FOTO

Çinin SAIC konserninə məxsus olan MG şirkəti krossover istehsalına üstünlük versə də, kiçik və çevik idman avtomobilləri buraxmaq xəyalları qurur. Bu səbəbdən də, istehsalçı altmışıncı illərin klassik MGB modelindən ilham alınaraq yaradılan MG Cyberster konsept avtomobilini hazırlayıb. Yeni sportkar aprel ayında işinə başlayacaq Şanxay avtosalonunda nümayiş etdiriləcəkdir.
Konseptin dizaynı üzərində, Londonda yerləşən və Karl Qothemin rəhbərlik etdiyi SAIC Advanced Design Center studiyasının dizaynerləri işləyib. Rodsterin əsas xüsusiyyəti qeyri-adi işıq texnologiyası olacaqdır. Məsələn, Magic Eye fənərləri həqiqi gözlər üslubunda modelləşdirilib və aktivləşdirildikdə açılan “göz qapaqlarına” malikdirlər. Arxa işıqlarda Union Jack mövzusundan istifadə edilib, əlavə olaraq bütün kuzov diod xətlər ilə örtülüb.
Avtomobilin texniki hissəsi barədə məlumat azdır. MG Cyberster elektrik güc qurğusuna və 800 kilometrlik yürüş məsafəsinə sahib olacaqdır. Sportkar 100 km/saat həddini üç saniyədən az müddətdə toplayacaq və üçüncü səviyyəli avtopilot ilə təchiz ediləcəkdir. Sonuncunun kiçik idman avtomobilində nədən ötrü quraşdırılacağı aydın deyil.
Bununla birlikdə, seriya MG rodsterinin buraxılması ehtimalı çox azdır. Ancaq MG çətiri altındakı Cyber subbrendi bu il reallığa çevriləcəkdir! Bu marka altında gənclərə ünvanlanmış parlaq modellər istehsal olunacaqdır. Bu avtomobillərin elektrokar olması mütləq deyil. Cyber markasının ilk nümayəndəsi, əlbəttə ki, krossover olacaqdır. Təfərrüatlar daha sonra açıqlanacaqdırlar./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















