Morgan xüsusi seriyadan olan "Plus 8 GTR" modelini buraxacaq

Klassik idman avtomobillərinin istehsalı ilə məşhurlaşmış Morgan şirkəti səkkiz silindrli mühərrik ilə təchiz edilmiş ən “bərkgedən” modellərini 2018-ci ildə təmtəraqla istefaya göndərib. Ancaq, “bərkgedən” Morgan avtomobillərini almağa imkan tapmamış həvəskarların öz xəyallarını gerçəkləşdirilməsi üçün yeni (son?) fürsət yaranıb.
Bununla birlikdə, britaniyalılar əvvəlki plandan imtina etmirlər və V8 mühərriki ilə təchiz edilən modellər istehsal proqramında bir daha görünməyəcəkdirlər. Ancaq necə deyərlər – sən saydığını say, gör fələk nə sayır. İş orasındadır ki, 2018-ci ildən əvvəl istehsal olunan və reallaşmamış layihə üçün nəzərdə tutulmuş hazır şassilər yenidən fabrikə qaytarılıb.
Şirkət onları utilizasiya etməkdən və ya ehtiyat hissəsi kimi satmaqdan imtina edib, və istehsala yönləndirməyə qərar verib. Bütün şassilər təkmilləşdirilərək, xüsusi seriyadan olan Morgan Plus 8 GTR modelinin əsası olacaqdır.
Hələlik, yalnız gələcək layihənin eskizləri dərc edilib. Əslində, bu seriya rodsterinə əsaslanan yarı yarış kupesidir. Dizaynerlər kupenin aerodinamik dayağı üçün, 90-cı illərin yarış Morgan avtomobillərinin elementlərindən istifadə ediblər. Bu isə, avtomobilin çoxlu sayda hava girişi və kəsiklərə malik olacağından, habelə mərkəzi kilidi olan təkər diskləri ilə təchiz ediləcəyindən xəbər verir.
Kapotun altında son Plus 8 modelindən götürülmüş 4,8-litrlik BMW N62 mühərriki yerləşəcəkdir. Orijinal spesifikasiyada aqreqat 372 at qüvvəsi hasil edir, lakin mühərrikin gücünü artırmaq da olar. Müştərinin seçimindən asılı olaraq güc aqreqatı mexaniki ötürmələr qutusu və ya altı pilləli ZF "avtomatı" ilə təchiz edilə bilər.
Hazır Morgan Plus 8 GTR modeli cari ilin yayında təqdim ediləcəkdir. Maşınları əsas fabrikdə deyil, Morgan Design and Engineering Centre eksperimental bölməsi tərəfindən yığılacaqdır. Şassi sayı məhdud olduğundan, xüsusi versiya doqquz nüsxə ilə məhdudlaşan tirajla buraxılacaqdır.
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır










