"Neftli" avtomobillərin satışını qadağan ediləcək

Sinqapur dünyada benzin və dizel yanacağı ilə işləyən avtomobillərə müharibə elan edən ölkələr sırasına qoşulub.
2025-ci ildən etibarən ölkədə daxili yanma mühərrikləri (DYM) ilə işləyən yeni avtomobillərin qeydiyyatı qadağan ediləcək. Bundan əlavə, onların taksi kimi istifadəsinə tam qadağa tətbiq edilməsi planlaşdırılır.
Sinqapur əvvəlcədən bu prosesi 2030-cu ildə həyata keçirməyi planlaşdırsa da, indi tarixi beş il əvvələ çəkib. Sinqapur rəhbərliyi bu qərarı atmosferə zərərli tullantıların miqdarını azaltmaq istəyi ilə izah edir.
2040-cı ildə ölkədə DYM ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan ediləcəyi güman edilir.
2025-ci ildən etibarən DYM-li avtomobillərin taksi kimi istifadəsinə qadağanın ayrıca vurğulanması, çox güman, Sinqapurdakı taksilərin 40 %-dən çoxunun dizel ilə işləməsiylə əlaqədardır.
Xatırladaq ki, daha əvvəl Böyük Brtitaniya, Almaniya, Danimarka və s. ölkələrin 2030-cu ildə benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışını qadağan etməyi planlaşdırdığı bildirilmişdi.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












