"Nissan Rogue" modeli üçsilindrli mühərrikə keçib
Nissan Rogue krossoveri amerikan bazarında satılan X-Trail modelidir. Krossoverin yeni nəsli burada bir il bundan öncə debüt edib və 184 at qüvvəli (245 Nm) 2,5-litrlik atmosfer mühərriki ilə təklif olunurdu. Lakin Nissan şirkəti 2022-ci model ilinin krossoverinin mühərrik çeşidinə dəyişiklik etmək qərarına gəlib. Atmosfer mühərriki artıq təqaüdə göndərilib və onu üçsilindrli turbomühərrik əvəzləyəcəkdir.
Əslində belə bir güc aqreqatı artıq Çində satılan Nissan X-Trail modelində quraşdırılır.Lakin çinlilər üçün üçsilindrli turbomühərriklər həyat norması olsa da, ABŞ üçün belə bir konfiqurasiya bir qədər qəribə görünür. 1.5 VC-Turbo turbomühərriki, artıq bir neçə ildir ki Infiniti QX50 krossoverinə və Nissan Altima quraşdırılan 2,0-litrlik mühərrikin yaxın qohumudur. Lakin ixtisara salınmiş bir silindr ilə... Mühərrikin sıxılma dərəcəsi 8,1 ilə 14,1 arasında dəyişə bilər. Hasliat: 204 at qüvvəsi və 305 Nm-dir.
Bu mühərrik üçün müxtəlif sərtliyi olan dayaqları yenidən hazırlamaq lazım gəlib. Bu dayaqların hər biri “öz” diapazonunda olan tezliklərin “boğulmasını” təmin edir. Güc qurğusu variator ilə tandemdə çalışır, ötürmə isə ön oxa və ya tam ola bilər. Belə mühərriklə təchiz edilmiş Nissan Rogue modelinin 100 kilometrə olan yanacaq sərfiyyatı 7,8 litrdən 7,1 litrə qədər azalıb. “Turboüçlüklərin” istehsalı Nissan şirkətinin amerikan modelləri üçün güc aqreqatlarını buraxan Tennessi ştatındakı mühərrik zavodunda təşkil edilib.
Turbomühərriklər ilə təchiz edilmiş Nissan Rogue krossoverləri cari ilin qışında satışa çıxarılacaqlar. Qeyd etmək lazımdır ki, yeni turbomühərrikə keçid qiymət artımı ilə müşayət olunub. Üçsilindrli krossover üçün 26.700 dollar tələb olunur ki, bu də təqaüdə göndərilən modifikasiyanın qiymətindən 650 dollar çoxdur.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








