Nissan Z modelinin patent təsvirləri peyda olub - FOTO

Nissan şirkəti 370Z sportkarını əvəz edəcək yeni Z idman avtomobilini buraxmağa hazırlaşır. Avstraliyanın "CarExpert" nəşri yerli patent ofisində, keçən il təqdim olunan Z Proto prototipindən praktiki olaraq fərqlənməyən seriya sportkarının şəkllərini aşkar edib.
Növbəti nəsil Nissan Z modelinin carçısı olan Z Proto prototipi 2020-ci ilin payızında nümayiş olunub və ictimaiyyət tərəfindən yaxşı qarşılanıb. Konsept, 280Z modelinə məxsus retro üsluba malik olduğu üçün, marka pərəstişkarlarının xoşuna gəlib. Göründüyü kimi, müsbət rəylər öz işini görüb və yapon istehsalçısı Z idman avtomobilinin seriya versiyasının dizaynına toxunmamaq qərarına gəlib.
Yeni sportkarın aşkar edilmiş patent şəkilləri də bunu sübut edir: düzbucaqlı radiator barmaqlıöı və ön fənərlərin forması da daxil olmaqla, avtomobilin ön hissəsi Z Proto konseptini tam şəkildə təkrarlayır. İdman avtomobili şxematik olaraq göstərilsə də, böyük ehtimalla, iki LED yarımdairəsi olan ön fənərlərin daxili tərtibatı da dəyişilməz qalacaqdır.
İlkin məlumatlara görə, Nissan Z modeli 405 at qüvvəli 3,0-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki və avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
/Milli.Az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












