Opel çip böhranı ilə əlaqədar Almaniyada istehsala fasilə verir

Avtomobil istehsalçısı Opel çip tədarükü problemi səbəbiylə Almaniyadakı zavodlarından birində istehsala yeni ilə qədər fasilə verəcəyini açıqlayıb.
"Stellantis" qrupunun bir hissəsi olan Opel-dən verilən məlumata görə, Eisenbach şəhərindəki zavodun ən az 2022-ci ilə qədər bağlanılacağı qeyd edilib. Açılış üçün dəqiq bir tarix bildirilməyib.
Zavodda işləyən 1300 nəfərin müvəqqəti işdən çıxarılacağı, istehsalın Fransadakı bir zavodda davam edəcəyi qeyd edilib.
"Stellantis" çip böhranı ilə əlaqədar Avropa və Kanadadakı bir çox zavodunda istehsalı dayandırıb. Şirkət bu il 1,4 milyon ədəd daha az avtomobil istehsalı edəcəyini nəzərdə tutur.
Məsləhət şirkəti "AlixPartners", qlobal avtomobil sektorunda çip böhranın yaradacağı itkinin 210 milyard dollara çata biləcəyini hesablayıb. Şirkət qlobal avtomobil istehsalçılarının bu il çip böhranı ilə əlaqədar 7,7 milyon daha az avtomobil istehsal edəcəyini təxmin edir.///marja
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












