Oturacaqları rahat olan avtomobillər– REYTİNQ

Ekspertlər hansı avtomobillərdə oturacaqların daha rahat olmasını araşdırıblar.
Avtosfer.az xəbər verir ki, Amerikanın J.D. Power analitik qrupu sözügedən məsələ ilə bağlı avtomobil alıcılarından sorğu keçirib.
Sorğuda 111 min nəfər iştirak edib. Onların arasında, avtomobil alıcıları və icarəyə götürənlər də olub.
Reytinq şikayətlərin az və çox olmasına görə tərtib olunub. Az şikayət olunan reytinqdə daha yüksək yer tutur.
Sorğuya görə, kütləvi kompakt avtomobil kateqoriyasında ən rahat oturacaqlar Hyundai Elantra modellərindədir. İkinci yerdə Honda Civic və üçüncü isə Volkswagen Golf modeli müəyyənləşib.
Orta ölçülü avtomobillər arasında isə Honda Clarity qalib gəlib. Dodge Charger və Nissan Maxima isə ikinci və üçüncü yerləri tutublar.
Krossoverlər arasında Nissan Rogue birinci olub. İkinci yerdə Ford Mustang, Mach-E və Honda CR-V modelləri qərarlaşıb.
Orta ölçülü krossoverlər kateqoriyasında isə ilk üçlük belədir: 1. Chevrolet Blazer, 2. Hyundai Palisade, 3. Nissan Murano.
Pikaplar arasında isə RAM 1500, Ford F-150 və GMC Sierra olub.
Premium avtomobillər kateqoriyasında Porsche 718, Lexus RC və Genesis G90 modelləri ilk üçlüyə daxil edilib.
Orta premium krossover kateqoriyasında Lexus UX, Lexus LX və BMW X4 modellərinin oturacaqları digər avtomobillərdən daha rahat hesab olunur.
Fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












