"Polestar" beşinci modelini nümayiş etdirib
Polestar şirkəti özünün beşinci seriya modelinin ilk şəklini dərc edib. Xatırladaq ki, bu modelin çarçısı iki il bundan öncə nümayiş etdirilmiş Precept konsept avtomobili sayılır. Maraqlıdır ki, bir müddət bundan öncə bəyan edilmiş üç modeldən biri olan Polestar 5 modeli 2024-cü ilin birinci yarısında bazara çıxacaqdır.
Beşinci modeldən öncə şirkət iki Polestar 3 krossoverini və orta ölçülü Polestar 4 krossoverini nümayiş etdirməyi planlaşdırır. Lakin adı çəkilən modellərin hazırlanması prosesi səssiz şəkildə davam edir, 3 və 4 modellərindən fərqli olaraq, Polestar 5 modelinin şəkli isə, artıq bu gün dərc olunub.
Polestar 5 modelinin hədəfində nə az, nə çox Porsche Panamera modeli var. Beşinci model alçaq damı olan iri sedandır. Üstəlik, kuzovun nisbətləri və ümumi dizaynı konsept avtomobilindən ciddi dəyişiklər olmadan seriya modelinə ötürüləcəkdir. Seriya avtomobili ənənəvi qapı tutacaqlarına və güzgülərə sahib olacaq, habelə onun bir sıra elementləri yüngül şəkildə dəyişdiriləcəkdirlər. Bir sözlə, Precept modeli minimal dəyişikliklərlə konveyerə gedəcəkdir.
5 modelinin xarakteristikaları hələlik təxminidir və bu göstəricilər top versiyaya aiddir. Arxa oxdakı mühərrik 612 at qüvvəsi, ön tərəfdəki isə 272 at qüvvəsinə malik olacaqdır. Qurğunun ümumi hasilatı 884 at qüvvəsi olmalıdır! İki muftası olan ikipilləli reduktor da nəzərdə tutulmuşdur ki, elektrik enerjisinə qənaət etmək üçün hər iki mufta ayrıla bilər. Dartma batareyası 800 voltluq gərginliklə işləyəcək və 600 kilometrdən çox məsafə qət etməyə imkan verəcəkdir.
Polestar 5 modeli Çində, Geely şirkətinin Çunçindəki zavodunda buraxılacaqdır. Bu zavod Lutsyao, Çendu və Hançjou şəhərlərindəki, habelə Cənubi Karolinadakı (ABŞ) müəssisədən sonra Polestar modelinin buraxılacağı beşinci meydança olacaqdır. 2025-ci ilə Polestar modellərinin illik istehsal həcmi 290 minə qədər artmalıdır.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










