Porsche Çin bazarındakı 20-ci ildönümünü xüsusi seriya ilə qeyd edir - FOTO

Porsche şirkəti bu il Çin bazarındakı mövcudluğunun 20-ci ildönümünü qeyd edir. Alman markası 2001-ci ildən bəri Çin bazarında fəaliyyət göstərir və bu əlamətdar hadisənin şərəfinə 911 Turbo S kupesinin Porsche China 20th Anniversary Edition adlı xüsusi yubiley versiyasını hazırlayıb.
Avtomobil Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb və 20 rəqəmi olan çoxsaylı nişanlarla bəzədilib. Sportkar kuzov boyu uzanan ikiqat ağ zolağı və qapılardakı iri Porsche yazısı, habelə halqaya alınmış 20 rəqəmi olan fərdi rəngləmə sxemini əldə edib.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, 911 Turbo S Porsche China 20th Anniversary Edition sportkarının alıcıları beş kuzov rəngindən birini seçə biləcəklər: Oslo Blue, Gulf Orange, Star Ruby Red, Mint Green və Viola Purple.
"Yubiley" sportkarları yalnız Çində satılacaqlar, lakin onların qiyməti və tirajı açıqlanmayıb. Xüsusi versiya 992 seriyasından olan standart 911 Turbo S modelindən yalnız tərtibatı ilə fərqlənir.
Texniki hissədə heç bir dəyişiklik yoxdur: sportkar 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik biturbo oppozit mühərriki ilə hərəkətə gəlir. Kupe yerindən 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir.
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT















