"Porsche" elektromobil üçün yatırımlarını artırır
Porsche Xorvatiyanın elektrikli hiperkarlar və akkumulyator aqreqatları ilə tanınan Rimac avtomobil şirkətinə yatırımı artırıb. Porsche rəsmilərinin verdiyi açıqlamada şirkətin əlindəki hissələrin 15%-dən 24%-ə qaldırıldığı və elektromobil bazarı üçün Rimac-a 70 milyon avro yatırıldığı qeyd edilib.
Bununla Porsche artıq üçüncü dəfə elektromobilə investisiya yatırmış olacaq. 2018-ci ildə başlayan investisiyalar 2019-cu ildə də davam edib. Bir neçə ay əvvəl Hyundai Motor Company və Kia Motors birlikdə Rimac üçün 80 milyon avro sərmayə qoyub. Mate Rimac tərəfindən 2009-cu ildə qurulan şirkət 2018-ci il Cenevrə Beynəlxalq Avtomobillər Sərgisində təqdim etdiyi iki yerlik C Two elektrik hiper avtomobilləri ilə xeyli tanınıb. Təxminən iki min at gücündə istehsal edilən maşının sürəti saatda 256 mildir. Rimac avtomobilin son versiyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır.
Porsche AG-nin icraçı vitse-prezidenti Lutz Meschke bildirib ki, Porsche ən çox Rimac-ın inkişafı ilə maraqlanır. Həmçinin vurğulanıb ki, davamlı investisiyalarına baxmayaraq, Porsche-nin Rimac-a nəzarət hüququ yoxdur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












