Porsche Nyu Yorkda keçirilən Moda Həftəsi üçün xüsusi 911 sportkarını hazırlayıb - FOTO

Porsche şirkəti Aimé Leon Dore (ALD) amerikan moda markası ilə birlikdə Nyu Yorkda keçirilən Moda Həftəsi üçün bərpa edilmiş xüsusi Porsche 911 SC (Super Carrera) kupesini hazırlayıb. Kupenin maraqlı cəhətləri arasında naxışlı xalçalar və sürücü oturacağının masaj örtüyü də daxil olmaqla, çoxsaylı retro detallar mövcuddur.
SC indeksli Porsche 911 sportkarı 1978-1983-cü illər arasında istehsal edilib, lakin bərpa edilmiş nüsxənin nə zaman yığıldığı məlum deyil. ALD markasının yaradıcı direktoru Teddi Santisin dediyinə görə, layihə çox şəxsi alınıb: o, yunan adalarında keçirdiyi uşaqlıq vaxtlarından və zaman keçdikcə daha da yaxşılaşan əhatəsindəki əşyalərdən ilham alıb.
Santis detallara xüsusi diqqət yetirib. Avtomobilin damında baqaj qutusu quraşdırılıb, kapotda əlavə fənərlər peyda olub, onun kuzovunu isə klassik tünd sarı Porsche Olive rənginə boyanıb. Bundan başqa, kupe qara Fuchs təkər disklərini əldə edib və Porsche nümayəndələrinin bildiridiyinə görə, "ideal olmayan yollarda" belə hərəkət edə bilər.
İnteryerdəki leytmotiv ayaqaltıların və qapı kartlarının tərtibatında istifadə edilən naxışlı xalça olub. Dəri Recaro oturacaqlar da daxil olmaqla bütün salon dəqiqliklə yenilənib, sürücü oturacağı isə nostaljik bir detala - taxta diyircəklərdən hazırlanmış masaj örtüyünə sahib olub.
Bərpa edilmiş Porsche 911 SC modeli keçən həftə sonu ALD firmasının Manhettendəki bayraqdar mağazasında nümayiş olunub. Bu,moda evinin Porsche şirkəti ilə ilk birgə layisədi deyil: keçən ilki Moda Həftəsi üçün ALD dizaynerləri Porsche 911 Carrera 4 (Type 964) sportkarını hazırlamışdılar./autograph
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
















