"Porsche" şirkəti "Cayman GT4 RS" modeli haqqında məlumatla bölüşüb
Bir ay bundan əvvəl Porsche şirkəti 718 Cayman GT4 RS sportkarını göstərərək, onun Nüburqrindəki nailiyyətləri barədə məlumat vermişdi. Lakin bütün texniki məlumatlar kadr arxasında qalmışdı. İndi isə, Los Ancelesdəki avtosalondakı kütləvi təqdimat öncəsi, alman istehsalçısı qalan boşluqları doldurmaq qərarına gəlib.
Ehtimal etdiyimiz kimi, ən ekstremal Cayman modeli 911 GT3/911 GT3 Cup modellərindən tanış olan və 9000 dövr/dəqiqəyə qədər sürətlənən 4,0-litrlik atmosfer mühərrikinə sahib olub. Cayman modeli üçün bu mühərrikin gücü 500 at qüvvəsinə, fırlanma anı isə 449 Nm-ə qədər azaldılıb, bununla belə, adi Cayman GT4 modeli ilə müqayisədə artım 80 at qüvvəsi və 19 Nm olub. Güc aqreqatı yeddi pilləli PDK “robotu” ilə tandemdə çalışır.
Ekstremal kupe 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir ki, bu da RS suffuksi olmayan Cayman GT4 modelinin göstəricisindən 0,5 saniyə azdır. Sportkarın maksimal sürəti isə 301 km/saatdan 315 km/saata qədər artırılıb. Bundan başqa, karbon lifi ilə gücləndirilmiş bəzi kuzov panelləri, yüngülləşdirilmiş arxa şüşə və parçadan hazırlanmış qapı tutacaqları çəkiyə 22 kiloqram qənaət etməyə imkan verib.
Sərt şəkildə bərkidilmiş arxa antiqanad 911 RSR yarış avtomobilindən və 911 GT3 modelindən götürülüb. Aerodinamik dayağın digər elementləri, optimallaşdırılmış alt hissə və 30 millimetr azaldılmış klirens ilə birlikdə bu antiqanad, GT4 modelində olduğundan 25% daha çox yerəbasma qüvvəsi hasil etməyə imkan verir. Yenidən tənzimlənmiş amortizatorlar və digər yaylar sayəsində sportkarın asıqısı trekdə istifadəni daha həyəcanlı edir.
Əlavə ödəniş qarşılığında tərkibinə karbonplastikdən hazırlanmış kuzov detalları və titndan ucluqları olan buraxılış sistemi daxil olan Weissach dəstini quraşdırmaq olar. Bundan başqa, Porsche Design bölməsi sportkar üçün xüsusi xronoqraf hazırlayıb. Porsche Cayman GT RS modelinin ABŞ bazarındakı satış qiyməti 141.700 dollardan başlayır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












