Porsche xüsusi yubiley versiyasını hazırlayıb - FOTO

Porsche şirkəti bu il Çin bazarındakı mövcudluğunun 20-ci ildönümünü qeyd edir. Alman markası 2001-ci ildən bəri Çin bazarında fəaliyyət göstərir və bu əlamətdar hadisənin şərəfinə 911 Turbo S kupesinin Porsche China 20th Anniversary Edition adlı xüsusi yubiley versiyasını hazırlayıb.
Avtomobil Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb və 20 rəqəmi olan çoxsaylı nişanlarla bəzədilib. Sportkar kuzov boyu uzanan ikiqat ağ zolağı və qapılardakı iri Porsche yazısı, habelə halqaya alınmış 20 rəqəmi olan fərdi rəngləmə sxemini əldə edib.
911 Turbo S Porsche China 20th Anniversary Edition sportkarının alıcıları beş kuzov rəngindən birini seçə biləcəklər: Oslo Blue, Gulf Orange, Star Ruby Red, Mint Green və Viola Purple.
“Yubiley” sportkarları yalnız Çində satılacaqlar, lakin onların qiyməti və tirajı açıqlanmayıb. Xüsusi versiya 992 seriyasından olan standart 911 Turbo S modelindən yalnız tərtibatı ilə fərqlənir.
Texniki hissədə heç bir dəyişiklik yoxdur: sportkar 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik biturbo oppozit mühərriki ilə hərəkətə gəlir. Kupe yerindən 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir.///autograph
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?













