Porsche yeni 911 Carrera GTS sportkarını təqdim edib - FOTO

Porsche şirkəti ənənəvi olaraq adi və ekstremal versiyaların arasında yerləşən və daha idman xarakterli modifikasiyalar üçün GTS indeksindən istifadə edir. 911 ailəsində belə bir versiya ilk dəfə 12 il əvvəl peyda olub. Bu gün alman istehsalçısı 992 nəslindən olan 911 Carrera GTS versiyasını təqdim edib. Porsche şirkətinin model xəttində GTS versiyası 911 Carrera S və 911 Turbo modellərinin arasında yer alır.
Sportkar beş variantda təklif edilir: kupe və kabriolet kuzovlu arxa ötürməli Porsche 911 Carrera GTS və tam ötürməli Porsche 911 Carrera 4 GTS, habelə tarqa kuzovlu Porsche 911 Targa 4 GTS. GTS versiyası digər 911 sportkarlarından təmkinli qara dekoru (təkər diskləri və mühərrik qapağındakı barmaqlıq da daxil olmaqla), tündləşdirilmiş tərtibatı olan işıq texnikası ilə fərqlənir.
Güc aqreqatı Carrera S modelində quraşdırılan iki turbokompressorlu 3,0-litrlik oppozit mühərrikidir, lakin onun gücü 450-dən 480 at qüvvəsinə, fırlanma anı isə 530-dan 570 Nm-ə qədər artırlıb. GTS modelinin standart təchizatına daha “acıqlı” səsi olan idman buraxılış sistemi, habelə hərəkət elektronikasının ən sərt rejimlərinə sahib olan Sport Chrono paketi daxildir.
Sportkarı 8-pilləli PDK "robotu" və ya 7-pilləli mexaniki transmissiya ilə təchiz etmək olar. Nəticədə, tam ötürmə və "robot" ilə təchiz edilmiş GTS kupesi 100 km/saata 3,3 saniyəyə sürətlənə bilər. Xatırladaq ki, Sport Chrono paketi olan bənzər Carrera S modeli bu sürətlənməyə 3,4 saniyə sərf edir.
Kupe və kabriolet kuzovlu GTS sportkarının şassisi Turbo versiyası ilə eynidir: bu isə, adaptiv amortizatorları olan PASM asqısının, fərqli yayların və 10 millimetr azaldılmış klirensin mövcudluğundan xəbər verir. Eyni zamanda, ən ağır Targa versiyasında Carrera S modelinin adaptiv amortizatorlar ilə tamamlanmış asqısı quraşdırılır, çünki Porsche 911 Turbo belə kuzov növü ilə təklif olunmur.
Bununla belə, bütün GTS sportkarlarında Turbo modelindən götürülmüş əyləclər quraşdırılır: öndəki altı porşenli mexnizmlər 10-porşenliləri ilə əvəz ediliblər. Eni 10 millimetr artırılmış şinlər də Turbo versiyasından götürülüb.
Standart salon qara rəngdədir və onun tərtibatında (sükan çarxı da daxil olmaqla) mikrofiberdən geniş istifadə olunur. Lakin alıcılar digər tərtibat variantlarını da seçə bilərlər.
Ancaq GTS versiyasının ayrılmaz hissəsi taxometrin qırmızı rəngli şkalası , mexaniki transmissiyanın 10 millimetr qısaldılmış qolu və salonun ixtisara salınmış səs-küy izolyasiyasıdır. Salonda daha effektiv səs müşayətini təmin etmək üçün, izolyasiyada dəqiq şəkildə düşünülmüş kəsiklər edilir.
Əlavə ödəniş qarşılığında, noyabr ayından etibarən avtomobillərə quraşdırılmağa başlanacaq Lightweight Design paketini sifariş etmək olar.
Bu paketə karbonplastikdən karkası olan yüngülləşdirilmiş ön oturacaqlar (elektrik tənzimlənməsi yoxdur), daha nazik yan və arxa şüşələr, yığcam 12-voltluq batareya və arxa oturacaqların çıxarılması daxildir. Bu yolla 25 kiloqrama qənaət etmək olar. Qənaət daha çox ola bilərdi, ancaq bu paket, eyni zamanda, arxa oxun döndərilmə mexanizminin quraşdırılmasını da nəzərdə tutur.
Yeni nəsil Porsche 911 Carrera GTS sportkarları payızın əvvəlində satışa çıxarılmalıdırlar./autograph
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək












