Qlobal avtomobil ehtiyatı hissələri sektorunda böyük satınalma

Fransanın avtomobil ehtiyatı hissələri istehsalçısı "Faurecia" şirkəti, Almaniyanın avtomobil işıqlandırma qrupu "Hella"nın əksəriyyət hissəsini almaq üçün razılaşıb.
"Hella" xəbər verir ki, "Faurecia" ailə şirkəti "Hella"nın 60% hissəsini alır. Həmçinin şirkət qalan 40%-lik hissə üçün səhmbaşına 60 avroluq (70,75 dollar) bir təklif təqdim edib.
"Faurecia"nın yaydığı məlumata görə, "Hella"nın 100%-i üçün edilən təklif şirkətin cəmi dəyərini təxminən 6,7 milyard avroya (7,9 milyard dollar) yüksəldir.
Almaniyadakı satınalma və birləşmə qaydalarına görə, bir şirkətin 60%-nin alınması, qalan hissələr üçün də alış təklifi edilməsinin önünü açır.
"Faurecia"nın Baş direktoru Patrick Koller, "birləşmə ilə şirkətin sektordakı inkişaflara reaksiya verə biləcək ən ideal mövqeyə gələcəyini" vurğulayıb.
Yeni şirkət elektrikli, hidrogen yanacaqlı vasitələrə, sürücü assistentlərinə və avtonom vasitələrə fokuslanacaq.
6,7 milyard avroluq satınalmadan sonra yeni yaranacaq şirkət dünyanın ən böyük yeddinci avtomobil yan sənayesi şirkəti olacaq. Yeni şirkətin satışlarının 2025-ci ildə 33 milyard avroya çatması hədəflənir.
///marja
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












