Qlobal avtomobil istehsalçıları elektromobillərə 515 mlrd. dollar yatıracaq

Qlobal avtomobil istehsalçıları 2030-cu il üçün elektrikli avtomobillərə və onların akkumulyatorlarına 515 mlrd. ABŞ dolları məbləğində vəsait yatırmağı planlaşdırırlar.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəhəng investisiya planlarının əsas səbəbləri kimi, müxtəlif ölkələr tərəfindən qarşıya qoyulan getdikcə daha da sərtləşən dekarbonizasiya hədəflərinə nail olmaq və yalnız elektriklə işləyən avtomobillərin istehsalına keçid göstərilir.
"Reuters"in məlumatına görə, üç il əvvəl sözügedən investisiyaların həcmi 300 mlrd. dollar səviyyəsində qiymətləndirilirdi. Hazırda bu sahədə lider olan "Volkswagen" konsernidir ki, alman şirkəti elektromobillərə və akkumulyatorlara təxminən 110 mlrd. dollar xərcləmək niyyətindədir. Növbəti onillikdə "Daimler" və BMW də daxil olmaqla, Almaniya şirkətlərinin bu sahəyə ümumi investisiyaları 185 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Qeyd edilir ki, ABŞ nəhəngləri "General Motors" və "Ford Motor" 2025-ci ilə qədər elektromobillərin inkişafı və istehsalına təxminən 60 mlrd. dollar xərcləməyi planlaşdırır. Çinin avtomobil şirkətləri Avropa və ABŞ tərəfdaşlarının köməyi ilə e-mobillərə yaxın onillikdə 100 mlrd. dollara qədər sərmayə qoyacağını açıqlayıblar. Yaponiya istehsalçıları isə bu baxımdan geri qalır. Belə ki, "Honda", "Toyota Motor" və "Nissan"ın bu sahədə gözlənilən birgə sərmayələrinin həcmi cəmi 40 mlrd. dollar təşkil edir.
Məlumata görə, "Volkswagen" 2035-ci ilədək, "Rolls-Royce" şirkəti isə 2030-cu il üçün tamamilə elektrikli avtomobillərinin istehsalına keçməyi hədəfləyir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












