"Rolls-Royce" "Ghost Black Badge" modeli təqdim edilib
Rolls-Royce müştərilərinin ixtiyarına 44.000 hazır çalardan ibarət olan palitra verilsə də, nümayiş etdirilən Ghost Black Badge modeli dərin qara rəngə boyanmış damı, kapotu və baqaj qapağı olan ikirəngli kuzova malikdir. Bu rəng avtomobil sənayesi tərəfindən təklif olunanların ən tünd rəng hesab olunur.
Hər bir avtomobilin rənglənməsi üçün 45 kiloqram boya lazımdır. Boya elektrostatik yüklü kuzova səpilir, sonra iki qat şəffaf lak qatı ilə örtülür və əl ilə cilalanır. Bütün proses üç saatdan beş saata qədər çəkir.
Ghost Black Badge modelindəki “Vəcdin ruhu” heykəlciyi və Panteon barmaqlığı ilk baxışdan göründüyü kimi, ümumiyyətlə qara rəngə boyanmayıb. Texnologiya daha çox mürəkkəb və zərifdir: bu elementlər bir mikrometr qalınlığında xüsusi xrom təbəqəsi ilə örtülür - bu təbəqə, xüsusi elektrolitdən istifadə edərək, paslanmayan poladdan hazırlanmış əsasın üzərinə çökdürülür və nəticədə səth qaralır.
21-düymlük təkər disklərinin çənbəri karbon lifindən (üç istiqamətdə yığılmış 44 təbəqə), topları isə, ştamplama metodu ilə aviasiya alüminiumdan hazırlanır. Onları titan boltlar vasitəsi ilə bir-birinə bərkidirlər.
Ghost Black Badge modelinin interyer tərtibatında firuzəyi rəngli Turchese dərisi, karbon və lalə ağacından istifadə olunur. Karbon lifinin strukturuna metal saplar toxunur, bu da həcmli almaz naxışını yaradır. Belə elementlər qumla emal edilir, sonra altı lak qatı ilə örtülür və cilalanır.
Ghost modelinin dəyişməz xüsusiyyəti olan ön sərnişinin qarşısındakı "ulduz toplusu" həkk edilmiş kompozit panel yeni elementə sahib olub: saat və cihazlar panelinin siferblatına uyğun olaraq işıqlandırılan sonsuzluq işarəsi.
Rolls-Royce Ghost Black Badge modeli iki turbokompressorlu 6,75-litrlik V12 mühərriki ilə təchiz edilir. Bununla belə, mühərrikin hasilatı 571 at qüvvəsindən (850 Nm) 600 at qüvvəsinə (900 Nm) qədər artırılıb.
Sedanın “üsyankar” xarakterini yenidən təznimlənmiş transmissiya, təkmilləşdirilmiş əyləc (supportlar üçün ayrıca yüksək temperatura davamlı parlaq boyalar palitrası ilə) mexanizmləri və kəskin manevrlər zamanı yana əyilmələri azaldan, daha böyük kameraları olan pnevmodayaqlar təmin edir.
Low rejimi aktivləşdirildikdə, 900 Nm fırlanma anı 1600 dövr/dəqiqədə alçatan olur, üstəlik drosselin 90 faizə qədər açılması halında, ZF “avtomatı” pillələri 50 faiz daha yeyin dəyişir. Xatırladaq ki, adi Rolls-Royce Ghost modelində bu rəqəm 25 faizdir.