Rolls-Royce markasının ilk elektromobilinin adı açıqlanıb - FOTO

Rolls-Royce şirkətinin başçısı Thorsten Müller-Otvos markanın ilk elektromobilinin adını təsdiqləyib - yeni elektrokar Silver Shadow ("Səssiz Kölgə") adlanacaqdır. Dəbdəbəli Britaniya markasının model xəttinin daxili yanma mühərrikləri olmayan avtomobillərlə genişləndirilməsi bu onilliyin sonuna qədər baş tutmalıdır. Bununla belə, Rolls-Royce yeni model haqqında heç bir məlumatı açıqlamayıb.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Thorsten Müller-Otvos elektromobilin həm texniki hissəsinin, həm də seriyaya buraxılma tarixinin sirr olduğunu söyləyib və Silver Shadow modelinin "tamamilə yeni Rolls-Royce" olacağın; bildirib. Beləliklə, Britaniya markasının patronu mövcud modellərin elektrikləşdirilməsi barədə dolaşan şayiələri təkzib edib.
Rolls-Royce rəhbəri elektrik ötürməsinə keçidin mühəndislərin işini asanlaşdıracağına inanır, çünki elektrik mühərrikləri olduqca səssizdir və sanballı fırlanma anına malikdir. Rolls-Royce modelləri heç vaxt mühərriklərin gurultusu ilə seçilmədiyi üçün, yanacaq aqreqatlarından imtina edilməsi problemsiz ötüşməlidir.
İnsayderlər Rolls-Royce elektromobilinin BMW markasının gələcək elektrik fıaqmanı i7 modelinə yaxın bir arxitekturaya sahib olacağına inanırlar, yəni alıcılar ən azı 120 kilovat-saat tutumlu və təxminən 700 kilometrlik yürüş ehtiyatına malik olan batareyaya ümid edə bilərlər.
Rolls-Royce rəhbəri koronavirus pandemiyasının dəbdəbəbli avtomobillərə tələbin artmasına səbəb olduğunu vurğulayıb. Statistika Müller-Otvosun haqlı olduğunu təsdiqləyir: 2021-ci ilin ilk rübündə ingilis markası satış rekorduna imza atıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














