Subaru ikinci Wilderness modelini hazırlayır

Subaru şirkəti "yolsuzluq üçün xüsusi olaraq hazırlanmış" avtomobilləri üçün Wilderness adını ("vəhşi məkan" və ya "çöl" kimi tərcümə olunur) seçib. Wilderness emblemini və ofroud kuzov dəstini alan ilk Subaru avtomobili keçən ilin mart ayının sonunda debüt etmiş Outback modeli olub.
İndi isə yapon istehsalçısı ikinci modeli hazırlayıb: Subaru yeni modelin adını birbaşa açıqlamasa da, çox güman ki, bu model Forester krossoveri olacaqdır. Yayımlanan yeganə tizerdə ön qanada bərkidilmiş Wilderness emblemi göstərilir.
Wilderness sırasındakı növbəti avtomobilin Outback ilə eyni təkmilləşdirmələri alacağını güman etmək olar. Bu təkmilləşdirmələrin arasında yenidən tənizmlənmiş asqı sistemi də var: asqı daha sərt olacaq və mürəkkəb yolsuzluqda yükəldilmiş sabitliyi təmin edəcəkdir.
Transmissiyada genişləndirilmiş funksionalı olan X-Mode ofroud rejimi, habelə mühərrikin və dartmaya nəzarət sisteminin optimal xüsusiyyətlərini seçən Snow/ Dirt və Deep Snow/Mud funksiyaları peyda olub.
Outback universalının klirensi 221-dən 241 millimetrə qədər artırılıb, giriş və çıxış bucaqları isə əvvəlki 18,6 və 21,7 dərəcənin əvəzinə, müvafiq olaraq 20 və 23,6 dərəcə olublar. Bundan başqa, ön və arxa bamperlərdə iri örtmələr, habelə kapotda parıltı əleyhinə örtük peyda olublar. Avadanlıq siyahısına altlığın müdafiəsi və Yokohama Geolandar ofroud şinləri taxılmış 17-düymlük disklər daxil edilib. Güc qurğusu dəyişilməz qalıb. Wilderness xətti ABŞ və Kanada bazarı üçün nəzərdə tutulub və bu ölkələrdən kənarda satılmayacaqdırlar.///autograph
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










