Suyun altında 82 km/saat: Rusiyanın möcüzəvi sürətli titanium silahı – FOTO

Bir zamanlar bütün dünyaya səsə salan Rusiya isthesalı olan saultı qayıq hal-hazırda atılmış vəziyyətdədir.
Avtosfer.az Rusiya mətbuatına istinadən 20-ci əsrin ən sürətli sualtı qayığı hesab edilən K-222 haqqında maraqlı faktları sizə təqdim edir.
Bu sualtı qayığın əsas xüsusiyyətlərinə nəzər salanda məlum olur ki, sürət onun ən yüksək özəlliyi deyil.
Ümumiyyətlə sualtı qayığın uzun müddət su altında qalma qabiliyyəti, dözümlülüyü və xüsusən də gözə görünməz şəkildə sualtında hərəkət etməsi hər kəsdə maraq doğurur.
Bununla yanaşı altmış il əvvəl Sovet mühəndisləri sualtında sürət rekordu qıran bir sualtı qayıq ixtira etdilər.
Bu qayığa əvvəl K-162, daha sonra K-222 adını verdilər. O, titan gövdəsi olan ilk sualtı qayıq idi. Bu qayıq Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin birbaşa əmri ilə 1958-ci ildə istehsal edildi.
Sualtı qayıq o qədər bahalı və mürəkkəb oldu ki, ondan yalnız bir ədəd istehsal olundu.
Sualtı qayıq 1968-ci ildə suya buraxıldı. K-222 iki VM-5 yüngül su reaktoru ilə təchiz edilmişdir ki, bu da iki yan pervane valını döndərmək üçün 177 meqavat gücə qədər istehsal edirdi. Bununla birlikdə göyərtədə heç bir dizel generatoru olmadığından təcili gücün yeganə mənbəyi batareyalar idi.
P-70 "Ametist" raketləri ilə silahlandırılan K-222 daşıyıcı qrupları ələ keçirmək və onlara hücum etmək vəzifəsinin öhdəsindən daha yaxşı gəlirdi. Bunlar indiyə qədər sualtı qayığa yerləşdirilən ilk qanadlı raketlər idi.
Reaktorların güclü enerjisi ilə yüngül titan gövdəsinin birləşməsi bu sualtı qayığı çox sürətli hala gətirdi. Dəniz sınaqları zamanı onun sürəti 82 km/s (44 düyün) sürətə çata bildi. O zamana qədər ən yüksək sürət göstəricisi ABŞ Donanmasının nüvə hücum sualtı qayıqlarına məxsus idi (37 km/s).
Amma yüksək sürət həddindən artıq səs-küy yaradırdı və eyni zamanda sualtı qayıqda ciddi aşınmaya səbəb olurdu. 1980-ci ilin sentyabrında qayığın nüvə reaktorlarından biri texniki xidmət zamanı zədələndi və dörd il sonra donanma ehtiyatına verildi. K-222 rəsmi olaraq 2010-cu ildə yararsız hesab edildi.
Aysel
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?










