“Suzuki” şirkəti “Toyota”la birgə elektromobil buraxacaq

“Suzuki” və “Toyota” şirkətləri elektrikli avtomobillər istehsal edəcəklər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün müştərək müəssisə yaradılıb.
“Toyota” ötən gün sövdələşmənin bəzi detallarını təsdiq edən informasiya dərc edib. Məlumata görə, “Suzuki” və “Daihatsu” birgə müəssisədə digər maraqlı tərəflərlə, o cümlədən “Isuzu”yla birgə 10 %-lik pay sahibi olacaqlar. Əsas səhm paketi isə “Toyota”da olmaqla 60 % təşkil edəcək.
Qeyd edilir ki, “Suzuki” və “Toyota” aparıcı təhlükəsizlik texnologiyalarla təchiz olunan kompakt avtomobillər yaratmalıdırlar. İstehsalçılar həm də elektrikləşmə texnologiyalarından istifadə sahəsidə əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, daha əvvəl “Suzuki” 2025-ci ilə Hindistan bazarına elektromobil çıxarmaq niyyətində olduğunu bəyan edib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












