"Tesla" 160 milyon dollar cərimə ödəyəcək - avtomobillərdə problem yarandı

Norveç məhkəməsi «Tesla»nı nəqliyyat vasitələrinin şarj müddətini uzatdığına və proqram yeniləməsi ilə məsafəni yavaşlatdığına görə avtomobil başına 16.000 dollar cərimə edib.
Avtosfer.az bildirir ki, Norveçdə 10 mindən çox «Tesla» idarəçisi olduğuna görə şirkətin cəriməsi 160 milyon dollara qədər artıb. Məhkəməyə əsasən, elektrikli avtomobil istehsalçısı «Tesla»nın proqram yeniləməsi səbəbindən avtomobillərinin performansını azaltdığı iddia edilib.

Norveç mətbuatında yer alan məlumatlara görə «Tesla» 2013-2015 illər arasında Norveçdə satdığı Model S və Model Xs üçün bir proqram yeniləməsi yayımlayıb. 2019-cu ildə çıxan yeniləməni yükləyən sürücülər nəqliyyat vasitələrinin performansının azaldığını görüblər. Müayinələr nəticəsində bu yenilənmənin batareyaların şarj müddətini uzatdığı məlum olub. Nəticədə 30-dan çox «Tesla» sahibi bir araya gələrək şirkəti məhkəməyə verib. Məhkəmədə təqsirli bilinən «Tesla»ya zərər çəkmiş müştərilərinə 136 min Norveç kronu (16,300 dollar) ödəməsi əmr edilib.
Qeyd edək ki, ötən il «Apple» şirkəti də 113 milyon dollar cərimə edilmişdi. Cəzanın səbəbi «Tesla»dan çox fərqli deyildi. ABŞ-dakı məhkəmədə «İPhone»nun proqram yeniləməsi səbəbindən modellərində yarananan ləngimə və batareya probleminə görə şirkət müştərilərinə pul ödəməli olub. Bundan əlavə «Apple» zərərçəkənlərə batareyalarını pulsuz dəyişmək şansı da təqdim edib.
Aysel
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












