“Tesla” daha ucuz elektromobil istehsal edəcək

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır. Batareyaların yeni istehsalat texnologiyasını Tesla Kanadanın Springpower International adlı şirkətinin patentlərindən əldə edib. Elon Musk həmin patentləri 3$-a əldə edib. Hələ keçən il keçirilmiş Tesla Battery Day 2020 konfransında 4680 Tesla adlı yeni batareya növü təqdim olunmuşdu. Şirkət onu öz gücləri hesabına istehsal etmək niyyətindədir. Bu yeni növ batareya 500% daha çox enerji generasiya edəcək. Bu isə öz növbəsində elektromobillərə 6 dəfə daha çox yol qətt etmək imkanını verəcək. Bununla belə Springpower International şirkətinin texnologiyaları 4680 Tesla adlı batareyanın istehsal prosesinin bir hissəsi olacaqlar.
Şirkət tərəfindən əldə olunmuş 3 patentdən biri tullantı suların təkrar istifadəsini əks etdirir. Bu halda onların bahalı təmizlənmə prosesinə ehtiyac qalmır. Bu öz növbəsində Tesla-ya istismar xərclərini 75% aşağı salmağa yardımçı olacaq. Eyni üsul həmçinin ikinci patentdə də öz əksini tapıb. Belə ki, elektromobil istehsalında istifadə olunan metal toz elektromobillərin emal edilmiş batareyalarından və şəbəkə akkumulyatorlarından əldə olunur. Musk əmindir ki, yeni batareya texnologiyalarının birləşməsi Tesla-ya 25.000$ dəyərində elektromobil istehsal etməyə şərait yaradacaq. Musk həmçinin qeyd edib ki, bu yeni texnologiyaların istehsal prosesinə inteqrasiyası üçün 3 il vaxt lazım olacaq./technote
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?










