Teslanın Çindəki ən böyük rəqibi satışlarını 4 dəfə artırıb

Çinin ən iri elektrikli avtomobil istehsalçılarından biri, bu sahədə qlobal lider Teslanın ölkədəki bir nömrəli rəqibi BYD satış həcmini sürətlə genişləndirir.
Avtosfer.az xəbər verir ki, BYD avqust ayında 61 409 ədəd elektromobil satıb.Bu isə ötən ilin müvafiq dövründən 4 dəfə çoxdur.
İyul ayında 50 min ədəddən çox elektrikli avtomobil satan BYD bu göstərici ilə digər yerli şirkətləri - Nio, Li Auto və XPeng-i kifayət qədər üstələyib. Qeyd olunan şirkətlərin hər biri avqust ayında 10 min ədəddən az avtomobil təchiz edib.
Davam edən pandemiyanın fəsadlarına və vacib element olan yarımkeçirici çiplərin təchizatındakı ləngimələrə baxmayaraq, Çində elektrikli avtomobil bazarı dövlətin bu sahəyə dəstəyi nəticəsində sürətlə böyüyür. Reuters-in məlumatına görə, yanvar-avqust ayının ilkin nəticələri ölkədə 1,7 milyon ədəddən çox elektromobilin satıldığını göstərir.///marja
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












