Toyota Abşeron Mərkəzində servis “Toyota Corolla” qazandırır

“Toyota” brendinin ölkəmizdəki rəsmi dileri Toyota Abşeron Mərkəzi fəaliyyətinin 5-ci ilini qeyd edir.
Mərkəz bu illər ərzində təqdim etdiyi model sırası və orijinal ehtiyat hissələri bazası, şəffaf servis konsepti, təlimlərdən keçmiş peşəkar ustaları ilə müştərilərin bütün tələblərinə cavab verməyə çalışıb.
Odur ki, Toyota Abşeron beş illik yubileyi daha da yaddaqalan etmək və müştərilərinə verdiyi dəyəri bir daha vurğulamaq üçün servisə özəl kampaniyaya start verib. Artıq Toyota Abşeron Mərkəzində hər servis ziyarəti bir fürsətdir. 01.06.2021 tarixindən etibarən servisdən faydalanan müştərilər lotereyada iştirak etmək şansı qazanırlar. Lotereyanın 3 qalibi seçiləcək. Qalibləri əsas priz “Toyota Corolla” avtomobili və digər hədiyyələr (Toyota Kasko Sığorta Paketi və “iPhone 12”) gözləyir. Uduş 24.12.2021 tarixində hər kəsə açıq şəkildə keçiriləcək.
Kampaniya şərtləri barədə ətraflı məlumat üçün:
https://toyota-absheron.az/offer/toyota-abseron-merkezinde-her-servis-ziyareti-bir-fursetdir
+994 12 349 00 60 / *0110
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












