Toyota Çexiyadakı zavodda avtomobil istehsalını məhdudlaşdırdı

Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor, üç həftəlik fasilədən sonra Bazar ertəsi günü Çexiya, Mərkəzi Bohemiyadakı Kolin fabrikində istehsalına başlayıb, lakin elektron komponentlərin (əsasən çiplər) çatışmazlığı səbəbindən tezliklə istehsalını yenidən yarıya endirəcək.
Bu barədə jurnalistlərə zavod rəhbərliyinin rəsmi nümayəndəsi Tomasz Paroubek bildirib.
"Zavod yay tətilini 15 avqustda başa vurdu, ancaq elektron komponentlərinolmaması səbəbindən tətil daha üç həftə uzadıldı. İstehsal xətti Bazar ertəsi günü istifadəyə verildi. Elektron komponentlər hələ də çatışmır. Zavod yalnız gücünün 40% - 50% -i ilə işləyəcək",- Paroubek deyib.
Çexiyada yerləşən digər avtomobil müəssisələrində də komponent çatışmazlığı problemi yaşanır. Məsələn, Çexiyanın ən böyük avtomobil istehsalçısı Škoda (Skoda) iş növbələrinin sayını azaldıb. Yerli mətbuatın yazdığına görə, elektron komponentlərin tədarükü payızın ikinci yarısında başlaya bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












