"Toyota Corolla" modeli Nurbugring Edition versiyasına sahib olub

"Toyota" şirkətininTailandda fəaliyyət göstərən bölməsi "Corolla" (yerli bazarda Altis) modelinin Nurburgring Edition adlanan xüsusi versiyasını hazırlayıb. Xüsusi seriya, Corolla modelinin məşhur alman yarış trekində əldə etdiyi qələbələrə həsr olunub. İş orasındadır ki, 2021-ci ildə zavod Toyota Gazoo Racing Team Thailand komandası bu trekdə keçirilən “Nürburqrinqin 24 saatı” marafonunda qələbələr əldə edib.
Nurburgring Edition seriyasından olan Corolla/Altis modelləri adi modeldən aerodinamik kuzov dəsti, salon tərtibatı və yenidən tənizmlənmiş şassisi ilə seçilir. Aerodinamik dəstin tərkibinə başqa dizaynı olan bamperlər, yan “ətəklər” və baqaj qapağının üzərindəki spoyler daxildir. Avtomobil xüsusi seriyaya məxsus olmasını məşhur trekin təsvir olunduğu “Nurburgring Edition” loqotiləri göstərir. Bundan başqa, idarəetməyə müsbət təsir göstən daha sərt yaylar quraşdırılır.
Bütün bu dəyişikliklərə baxmayaraq, avtomobilin mühərriki standart olaraq qalıb – 1,8-litrlik mühərrik 138 at qüvvəsi təklif edir. Bu aqreqatın əsasında yaradılan hibrid güc qurğusu da əlçatandır.
Altis Nurburgring Edition dəstinin qiyməti 42 min batdır (2.100 manat), lakin aksessuarlar dəstini şərti olaraq pulsuz da əldə etmək olar. Bunun üçün 31 bata (1.500 manat) satılan Toyota Care firma sığortasını və beşillik (və ya 150 min kilometrlik) zəmanəti almaq tələb olunur. Adi Corolla modelinə gəldikdə isə, model Tailandda 839 min batdan (42 min manat) satılır.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










