"Toyota Crown" sedanı kross-versiyada buraxılacaq

Toyota şirkətinin Crown modelinin yeni nəsli üzərində işlədiyi barədə artıq məlumat vermişik. Hələlik yapon istehsalçısı sükutu qorusa da, yapon jurnalistləri yeni “Tac” barədə yeni məlumatları dərc etməkdən çəkinmirlər. Belə ki, bu günlərdə Bestcarweb nəşri yeni model haqqında bəzi məlumatları əldə edib. Sən demə, yaponlar adi sedanla yanaşı, onun kross-versiyasını da hazırlayırlar!
Lakin kross sözü sizi yanıltmasın – söhbət krossoverdən getmir, söhbət sadəcə klirensi artırılmış və kuzovun plastik örtmələrinə sahib olan sedandan gedir. İnsayderlərin veridiyi məlumata əsasən, Toyota Crown sedanının növbəti nəsli ilin sonunda debüt edə bilər.
Toyota Crown sedanı yapon markasının qocaman modellərindən biridir. 1955-ci ildən bu günə qədər buraxılan model ilkin olaraq taksomotor kimi yaradılsa da, sonradan 15 nəsil dəyişdirərək yapon bazarının əfsanəsinə çevrilib. Sedanın aktual versiyası 2018-ci ildə debüt edib.
Təsdiq edilməmiş məlumata görə, gələcək Toyota Crown modeli “dördqapılı kupeyə” çevriləcək və Audi A7 Sportback modelinin üslubunda dizayna malik olacaqdır. Yeni model nazik formalı işıq texnikası, trapesiyaşəkilli radiator barmaqlığı, habelə mürəkkəb ştamplaması olan çıxıntılı kuzovu ilə seçiləcəkdir.
Yeni Crown modeli TNGA arxitekturasının versiyalarından biri olan GA-K modul platformasında inşa ediləcəkdir. Bu platformadan Toyota Camry və Lexus ES modellərinin istehsalında istifadə olunur. Yeni platforma sayəsində “Kraun” modelinin uzunluğu beş metrə çatacaqdır.
Yeni modelin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikin və hibrid güc qurğusunun daxil olacağı gözlənilir. Sonuncunun tərkibinə 226 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki və elektrik mühərriki daxil olacaqdır. Bundan başqa, yeni Crown modeli opsional e-Four tam ötürməsi ilə də təklif ediləcəkdir. Autograph
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











