Toyota elektrikli avtomobillərə keçid prosesinə mane olmağa çalışır

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesinə mane olmağa çalışır. Bu barədə The New York Times xəbər verib. Toyota şirkətinin top menecerləri bir neçə müddət bundan öncə ABŞ Konqressinin təmsilçiləri ilə görüşüblər və bağlı qapılar arxasında keçirilmiş görüş çərçivəsində top menecerlər Joe Biden-in elektrikli nəqliyyat sahəsinə 174 milyard dollar investisiya yatırılması qərarını sərt şəkildə tənqid ediblər.
Qəbul edilmiş qərara əsasən 174 milyard dolların 100 milyardı alıcıların subsidiyalarına, 45 milyardı avtobusların elektrikləşdirilməsinə, 15 milyardı şarj stansiyaları infrastrukturunun genişləndirilməsinə, 10 milyardı isə ekoloji təmiz yük maşınlarının satışlarının stimullaşdırılmasına yönəldiləcək.
Toyota təmsilçiləri bildiriblər ki, elektrik enerjisinin generasiyası nəticəsində ortaya çıxan emissiyaların ifrazı ənənəvi avtomobillərin boru qazlarından daha təhlükəlidirlər. Bundan əlavə olaraq Toyota qəbul edilmiş qərara hibrid və hidrogen avtomobillərinin dəstəklənməsinin əlavəsini də tələb edir. Məlumatda qeyd edilib ki, şirkət bu cür siyasəti Avropa Birliyi regionunda, Yaponiyada və Hindistanda da aparır. Toyota dünyanın ilk hibrid avtomobillərini satışa çıxartsa da o öz rəqiblərindən çox geri qalıb.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










