Toyota hidrogenlə işləyən DYM-nin sınaqlarına başlayıb - VİDEO

Avtodünya 22 Aprel 2021 22:52 Oxunub 1184
Toyota hidrogenlə işləyən DYM-nin sınaqlarına başlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyota şirkəti hidrogenlə işləyən daxili yanma mühərrikinin sınaqlarına başladığını elan edib. Mühərriki təcrübədən keçirmək üçün, onu Yaponiyanın Super Taikyu Series 2021 Powered by Hankook dözümlülük yarışlarında çıxış edən Corolla Sport sedanına quraşdıracaqlar.

Maraqlıdır ki, söhbət Toyota Mirai sedanında quraşdşrılan hidrogen yanacaq elementləri ilə çalışan güc qurğusundan deyil, adi porşenli daxili yanma mühərrikindən gedir. Bu aqreqat, uyğunlaşdırılmış yanacaq xəttinə və benzin əvəzinə sıxılmış hidrogendən istifadə edən püskürtmə sisteminə malik olan 1,6-litrlik üçsilindrli turbomühərrikdir. Belə daxili yanma mühərrikinin işləmə prinsipi adi mühərriklə eynidır. Bununla birlikdə, onun karbon dioksidi tullantıları sıfıra yaxındır - mövcud olan tullantı isə yalnız az miqdarda mühərrik yağının yanmasından yaranır.

Nəqliyyatın dekarbonlaşdırılması prosesinə aşkar töhfə ilə yanaşı, belə mühərrik bir sıra digər üstünlüklərə də malikdir. Birincisi, hidrogen benzindən daha yeyin alovlanır və müvafiq olaraq, mühərrikin akseleratorun basılmasına verdiyi reaksiya daha çevik olur.

İkincisi, istehsalçının bildirdiyinə görə, hidrogen mühərrikləri klassik daxili yanma mühərrikinin bütün nişanələrinə, o cümlədən səs və titrəmə kimi əlamətlərinə sahibdirlər . Odur ki, ilk növbədə, idman avtomobillərinin belə mühərriklərlə təchiz edilməsi ehtimalı çox yüksəkdir.

Toyota mühəndisləri yeni texnologiyanı köhnə üsulla - yarışlarda sınamaq qərarına gəliblər. İlkin olaraq, hidrogen "turboüçlüyü" Super Taikyu Series 2021 Powered by Hankook çempionatının qaydalarına uyğun olaraq hazırlanan Toyota Corolla Sport yarış avtomobilinin kapotunun altında quraşdırılacaq.

Avtomobili çənini Fukushima Hydrogen Energy Research Field müəssisəsində əldə edilən "yaşıl" yanacaqla doldurulacaqlar. Dünyanın hidrogen istehsal edən ən böyük zavodlarından biri olan bu müəssisə, Fukusima-1 AES-nın şimalındakı Namie qəsəbəsində yerləşir və 20 meqavat gücündə yerli günəş elektrostansiyasından alınan elektrik enerjisindən istiifadə edir.

Qeyd etmək gərəkdir kiə, daxili yanma mühərrikinin hidrogenlə işlətmək fikri yeni deyil. İlk belə güc qurğusu hələ 1806-cı ildə fransız İsaak de Rivaz tərəfindən yaradılmışdı.

XXI əsrdə isə, BMW şirkəti 7 Series sedanını (E65) ikiyanacaqlı 6,0-litrlik V12 mühərriki ilə təchiz edilmiş Hidrogen 7 modelinə çevirib. Bu mühərrik 260 at qüvvəsi hasil edir, həm benzin, həm də hidrogenlə işləyrdi./autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh