"Toyota" iki səkkiz yerlik krossoverin buraxılışına hazırlaşır - FOTO

Toyota şirkəti Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yerləşən zavodunu modernləşdirmək üçün 803 milyon dollar sərmayə qoyacaqdır. Məqsəd, iki tam yeni modelin istehsalına başlamaqdır. Toyota şirkətindən verilən rəsmi açıqlamada, bu avtomobillərdən birinin Toyota, digərinin isə Lexus markasını altında buraxılacaq səkkiz nəfərlik ofrouderlərin olacağı bildirilib.
Şirkət nümayəndələri hansı modellərdən söhbət getdiyini açıqlamırlar, ancaq yeni elektrikləşdirilmiş ofrouderlərin bir sıra "ağıllı" sistemləri alacaqlarını vəd edirlər. Bunların arasında müəyyən şərtlər daxilində avtomobili əlsiz idarə etməyə imkan verəcək yarımavtopilot, avtomatik parklanma sistemi (avtomobil müstəqil olaraq boş yeri taparaq park edə bilər və bunun üçün sürücünün salonda olmasına ehtiyac yoxdur ) və "rəqəmsal" açar (smartfondan qapıların açılması) olacaqdır.
Ehtimallardan birinə görə, İndianada Toyota Grand Highlander və Lexus TX modellərinin istehsalı təşkil edilə bilər. Xatırladaq ki, müvafiq əmtəə nişanları yapon markası tərəfindən 2020 və 2021-ci illərdə ABŞ-da patentləşdirilib.
Toyota şirkətinin Prinstondakı zavodu 23 il bundan əvvəl fəaliyyətə başlayıb. Bu müddət ərzində yapon istehsalçısı bu müəssisəyə 5,8 milyard dollar həcmində sərmayə qoyub. Yeni modellərin yığılmasına başlamazdan əvvəl, hazırda 7,3 min nəfərin çalışdığı müəssisəyə 1,4 min nəfər əlavə işçi qəbul ediləcəkdir. Toyota hazırda bu zavodda Sienna hibrid minivenini, Highlander hybrid krossoverini və tamölçülü Sequoia ofrouderini yığır. Zavod ildə 420 min avtomobil istehsal etmək üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, may ayında debütü gözlənilən yeni nəsil Toyota Land Cruiser modeli ABŞ bazarında satılmayacaqdır./autograph
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?













