Toyota Şanxayda ilk elektromobilini nümayiş etdirib - FOTO

Budur, Toyota konserni də elektromobillər bazarına girməyə hazırlaşır. İndiyə qədər yapon istehsalçısı hibridlərə üstünlük verib və bu sahədə əhəmiyyətli sıçrayışa nail olub: 1997-ci ildən bəri dünyada 17 milyondan çox Toyota hibridi satılıb.
Hibridlərin 140 milyon ton CO2 emissiyasına qənaət etdikləri hesab olunur. Hibridlər hazırda Toyota şirkətinin qlobal satışlarının 23 faizini təşkil edir. Ancaq indi elektromobillər gündəmdədir. Toyota bu sahədəki geniş hücum planını 2019-cu ilin yayında açıqlayıb, bu gün isə, işinə başlamış Şanxay avtosalonunda ilk elektromobilini nümayiş etdirib.
Toyota bZ4X konsepti hazırda satılan RAV4 modeli ilə eyni ölçülərə malik olan bir krossoverdir. Konsept vahid mühərrik modullarına sahib olan e-TNGA elektrik platformasında inşa edilib: nəzəri olaraq, bu platformada qurulan modellər ön, arxa və ya tam ötürməli ola bilərlər.
Krossoverin maraqlı xüsusiyyətlərindən biri sükan çarxı ilə mexaniki əlaqəsi olmayan sükan mexanizmi (naqillə idarə olunan) və batareyanı doldurmaq üçün nəzərdə tutulmuş günəş panelləridir.
Modelin mürəkkəb indeksi asanlıqla açıqlanır. Konseptin adındakı bZ hərf birləşməsi e-TNGA platformasında inşa ediləcək elektromobillər ailəsi üçün nəzərdə tutulub və “beyond Zero”, yəni karbon dioksidi qazlarının sıfır səviyyəsi mənasını verir, “4” modelin iyerarxiyadakı mövqeyini bildirir, "X" isə onun krossover olduğuna işarə edir.
Toyota bZ4X modeli Subaru şirkəti ilə birlikdə yaradılıb və tezliklə onun bu marka altında əkizi də peyda olacaqdır. Lakin Subaru markasının bu layihəyə verdiyi əsas töhfə tam ötürmə sisteminin tənzimlənməsidir. Təəssüf ki, tərəfdaşlar avtomobilin texniki xüsusiyyətlərini açılamayıblar, ancaq salonunu nümayiş etdiriblər.
Göründüyü kimi, salonda sükan əvəzinə şturval quraşdırılıb, çünki valsız mexanizm istənilən ötürmə nisbətini təyin etməyə və onu tutuşu dəyişmədən idarə etməyə imkan verir. Bununla birlikdə, belə həll yolunun kütləvi istehsala qədər gedib çıxacağını gözləmək sadəlöhvlük olardı.
Ancaq Peugeot avtomobillərinin tərzində yuxarı qaldırılmış virtual cihazlar panelinin qalma ehtimalı böyükdür. İkinci sırada rəvan döşəmə və sərnişinlərin ayaqları üçün geniş məkan var.
Toyota bZ4X modelinin seriya variantı 2022-ci ilin ortalarına qədər debüt etməlidir. Elektromobil Yaponiya və Çində istehsal ediləcək və demək olar ki, bütün dünyada satılacaqdır. Bundan sonra Toyota çoxlu sayda elektrokarlar buraxacaqdır: 2025-ci ilə qədər on beş model işıq görəcək, onlardan yeddisi bZ ailəsindən olacaqdır.
Üstəlik, Toyota bu işə yalnız Subaru şirkətini cəlb etməyəcəkdir. Hədəf bazarından asılı olaraq Daihatsu və Suzuki şirkətləri elektromobillər proqramının tərəfdaşları olacaqdırlar. Çində isə, elektromobillərin yaradılması və istehsalı sahəsində geniş təcrübəyə malik olan BYD firması yapon istehsalçısı ilə tərəfdaşlıq edəcəkdir.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
















