Toyotadan 3,4 milyard dollarlıq batareya sərmayəsi

Toyota Motor, ABŞ-da yeni bir şirkət quraraq batareya istehsal etmək 2030-cu ilə qədər ölkəyə 3,4 milyard dollar sərmayə yatıracaq.
Avtosfer.az Şirkətin açıqlamasına istinadən xəbər verir ki, istehsal 2025-ci ildə başlayacaq və 1750 nəfər üçün iş yeri yaradılacaq.
Zavodun qurulacağı yer ilə əlaqədar hər hansı bir məlumat verilməyib.
ABŞ-a yatırılacaq sərmayə, Toyotanın keçən ay açıqladığı və 2030-cu ilə qədər 13,1 milyard dollar xərcləməyi hədəflədiyi qlobal planının bir hissəsidir. Toyota, 2030-cu ildə ABŞ-dakı satışlarının 70%-inin elektrikli vasitələr olacağını təxmin edir.
Toyota ilə bərabər Tesla, LG və Stellantis kimi istehsalçılar da bazar ertəsi günü ABŞ-da elektrikli batareya zavodu qurmaq planlarını açıqlayıblar. Ford Motor keçən ay Tennessee və Kentuski ştatlarında batareya istehsal etmək üçün 11,4 milyard dollarlıq bir plan açıqlamışdır.
Toyota, ABŞ-dakı yeni zavodla tədarük zəncirini təkmilləşdirməyə çalışır. Toyota da digər avtomobil istehsalçıları kimi qlobal çip tədarük böhranından ciddi şəkildə mənfi təsirlənib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












