"Volkswagen" 14 ilə benzindən imtina edəcək

Alman avtomobil istehsalçısı "Volkswagen" 2035-ci ilədək Avropada daxili yanma mühərrikləri ilə istehsal olunan maşınların istehsalını tamamilə dayandırmağı planlaşdırır. Şirkət ekoloji olmayan avtomobillərdən imtina edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Volkswagen" Satış və Marketinq üzrə Müşahidə Şurasının üzvü Klaus Zelmer bildirib.
"2033 ilə 2035-ci illər aralığında Avropada yanma mühərriki istehsalı biznesindən çıxacağıq" deyən Zelmer, "Volkswagen"in oxşar addımları ABŞ və Çində sonrakı illərdə atacağını bəyan edib. O, Cənubi Amerika və Afrikanın isə, bu istiqamətdə daha çox zamana ehtiyacı olduğunu söyləyib.
Gələcəkdə "Volkswagen" qrupuna məxsus digər markaların avtomobilləri ilə bağlı oxşar dəyişikliklər də baş tutacaq. Zelmer əlavə edib ki, dizel mühərriklərinə hələ də yüksək tələbat var. Beləcə, ilk dəfə olaraq "Volkswagen" sözçüsü ekoloji olmayan avtomobillərin istehsalından imtina üçün konkret vaxt təyin etmiş oldu.
Xatırladaq ki, bir neçə gün əvvəl "Volkswagen"in törəmə markası olan "Audi" 2033-cü ilədək daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandıracağını və 2026-cı ildən etibarən yalnız elektrik mühərrikli yeni avtomobillər istehsal edəcəyini elan etmişdi. Digər bir alman avtomobil şirkəti "BMW" Çindəki fabriklərinin 2021-ci ilin sonuna qədər karbon neytrallığına çatması lazım olduğunu bəyan etmişdi. "Ford" kompaniyası isə, bütün fabriklərinin 2035-ci ilə qədər bərpa olunan enerji mənbələri ilə təchiz olunmasını istədiyini bildirmişdi.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










