“Volkswagen” elektromobil istehsalını dayandırmağa məcbur olub

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” çip çatışmazlığına görə ilk dəfə elektromobil istehsalını dayandırıb.
Fins.az xəbər verir ki, “VW ID.3”, “VW ID.4”, “Audi Q4 e-tron” və “Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bunun nəticəsində 5 min ədəd az avtomobil istehsal ediləcək.
Buna kimi şirkət daxili yanacaq mühərrikli “Golf” və “Tiguan” avtomobillərinin istehsalını dayandırsa da elektromobil istehsalının elektron hissəslərə təchizatına prioritet verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.
Xatırladaq ki, qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. “Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə “Ford”un istehsalı 700 min ədəd, “Stellantis”in – 600 min ədəd, “Renault”un – 500 min ədəd, “Toyota”nın- 300 min ədəd azalacağı gözlənilir. “AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq.
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR











