Reklam

"Volkswagen" şirkəti "T-Roc" ailəsini yeniləyib

Avtodünya 18 Noyabr 2021 16:50 Oxunub 1374
"Volkswagen" şirkəti "T-Roc" ailəsini yeniləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Volkswagen şirkəti tərkibinə krossover, onun R indeksli “bərkgedən” variantı və kabriolet daxil olan T-Roc ailəsini yeniləyib. Golf modelinin bazasında inşa edilmiş yığcam krossover yüngül şəkildə dəyişdirilmiş interyer və eksteryerə, habelə yeni opsiyalara sahib olub. Rəqəmsal cihazlar paneli və LED işıq texnikası standart avadanlıq siyahısına daxil edilib. Restaylinq ilə birlikdə avtomobilin qiyməti də artıb: T-Roc modeli Almaniyada 1,9 min avro bahalaşaraq 24,5 min dollardan başlayan qiymətlər ilə satılır.

 

T-Roc modelini Tiguan krossoveri ilə eyni sxemə əsasən yeniləyiblər: ön və arxa işıq texnikası, radiator barmaqlığının və bamperlərin dizaynı yenidən işlənib. Artıq krossover standart olaraq LED fənərlər ilə təchiz edilir, lakin əlavə ödəniş qarşılığında onları IQ.Light (barmaqlığın eni boyu uzanan işıqlanan zolar ilə birlikdə) matrisa fənərləri ilə əvəz etmək olar. Dinamik dönmə işıqları opsiyadır. Təchizat səviyyəsindən asılı olaraq T-Roc modeli 16-19 düymlük disklər ilə təchiz edilir.

 

Salondakı yeniliklər dəyişmiş ön paneldən və keyfiyyəti yaxşılaşdırılmış tərtibatdan ibarətdir. Səkkiz düymlük (9,2-düymlük ekran opsiyadır) ekranı olan multimedia sistemi və klimat-kontrolun sensorlu bloku artıq standart təchizata daxildirlər. Sükan çarxında sensorlar peyda olub. Sayılanlara əlavə olaraq, T-Roc modeli üçün 210 km/saatda işləyən IQ.Drive Travel Assist adaptiv kruiz-kontrolu əlçatandır.

 

Mühərrik çeşidi dəyişməyib. Avropalılar əvvəlki kimi, 1.0 TSI (110 at qüvvəsi), 1.5 TSI (150 at qüvvəsi) və 2.0 TSI (190 at qüvvəsi) benzin mühərriklərini, habelə 115 və 150 at qüvvəli 2,0-litrlik turbodizeli seçə bilərlər. Transmissiya - 6-pilləli mexaniki ötürmələr qutusu və 7-pilləli DSG “robotudur”. 4Motion tam ötürmə sistemi yalnız 190 at qüvvəli benzin və 150 at qüvvəli dizel mühərriki ilə təchiz edilmiş krossoverlərdə qiraşdırıla bilər.

 

Yenilənmiş ailəsinin ən güclü üzvü 300 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə tıəchiz edilən T-Roc R modelidir. “Bərkgedən” krossover 100 km/saat həddini 4,9 saniyəyə toplayır və 250 km/saat həddinə sürətlənir. Keçən il satışa çıxan üstü açıq Versiya yalnız 1.0 TSI və 1.5 TSI benzin mühərrikləri ilə təklif edilir. Yenilənmiş Volkswagen T-Roc ailəsinin Avropdakı satışlarına gələn ilin yazında başlanmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh