“Volvo Cars” IPO-da $18.17 mlrd. olaraq qiymətləndirilib

İsveçin avtomobil istehsalçısı “Volvo Cars AB” Stokholmda 20 milyard kron (2.3 milyard ABŞ dolları) dəyərində IPO keçirərək, səhmlərini biri 53 kron qiymətinə birjada yerləşdirib.
Avtosfer.az xəbər verir ki, beləliklə, Çinin “Zhejiang Geely Holding Group Co.” şirkətinə məxsus şirkət 158 milyard kron (18.17 milyard ABŞ dolları) dəyərində qiymətləndirilib.
Cümə günü “Nasdaq Stockholm” birjasında “Volvo” səhmləri 13.2% bahalaşaraq 60 kron olub.
Şirkət İsveç və digər ölkələrdən olan institusional, eləcə də Skandinaviya ölkələrinin fərdi investorların güclü marağı fonunda səhmlərinə tələbin təklifi xeyli üstələdiyini bildirib.
IPO zamanı toplanan vəsait “Volvo”nun öz strategiyasının həyata keçirilməsini maliyyələşdirmək üçün istifadə olunacaq. Şirkət 2030-cu ilə qədər yalnız elektrik avtomobilləri istehsal etməyi, 2040-cı ilə qədər isə fəaliyyətinin karbon neytrallığına nail olmağı planlaşdırır.
2021-ci ilin birinci yarısında “Volvo” satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 380 757 avtomobilə çatıb.///banker.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












