Volvo səhm satışı həcmini azaltdı

Volvo şirkəti, səhmlərinin ilkin kütləvi təklifinin (İPO) böyüklüyünü 25 milyard krondan 20 milyard krona endirib. Volvo-nun səhmdarı olduğu elektrikli idman avtomobil istehsalçısı Polestar-ın dəyərlənməsilə əlaqədar çətinliklərin investorların şirkətə olan "iştahının" azalmasına səbəb olduğu bildirilir.
"Volvo Car"ın sahibi səhmlərin ilkin kütləvi təklif ilə cəlb etmək istədiyi maliyyə vəsaitinin məbləğini 25 milyard krondan 20 milyard krona (2,3 milyard dollar) endirib. Çinin "Geely Holding" şirkətinin sahibi olduğu avtomobil istehsalçısı yaydığı açıqlamada, səhm başına qiyməti 53 kron olaraq təyin etdiklərini qeyd edib.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Volvo-nun payı olan elektrikli idman avtomobil istehsalçısı Polestar-ın dəyərlənməsilə əlaqədar çətinliklər sərmayəçilərin şirkətə olan "iştahı"nın azalmasına səbəb olub.
Volvo, 2030-cu ilə qədər satdığı bütün vasitələrin elektrikli avtomobil olmasını hədəflərkən, Avropada bir batareya zavodu tikməyi planlaşdırır.
Şirkət səhmlərinin bir hissəsinin satışındann əldə edəcəyi gəlir ilə istehsal gücünü artırıb, 2025-ci ilə qədər illik avtomobil satışlarını iki dəfə artıraraq 1,2 milyon ədədə çatdırmağı hədəfləyir.
İsveçin polad istehsalçısı SSAB, dünyanın ilk mineral (qalıq) yanacaq istifadə edilməyən poladını istehsal etdiyini və həmin poladın Volvo-ya transferinin başladığını açıqlayıb.
"Hybrit" layihəsi çərçivəsində kömürdən çox polad istehsalında hidrogen istifadə etmək üçün işlər icra edən SSAB şirkəti, bu addımla polad istehsalından qaynaqlanan karbonun qlobal miqyasda salına biləcəyinin sübut edildiyini qeyd edib.
SSAB 2018-ci ildə layihə daxilində İsveçin Lulea şəhərində pilot bir qalıq yanacaqsız zavodun quraşdırılmasına başladıqdan sonra burada elektroliz üsulu ilə istehsal edilən yaşıl hidrogen sayəsində dəmir filizindən reduksiya yolu ilə süngər dəmir istehsalı edilir. Sonra bu süngər dəmirlər matallom dəmirlər ilə qarışdırılaraq polad istehsalı reallaşdırılır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












