Xarici pasportu olmayan Aİ vətəndaşları Böyük Britaniyaya buraxılmayacaq

Xarici pasportu olmayan Avropa İttifaqı (Aİ) vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Böyük Britaniyaya gedə bilməyəcəklər.
Avtosfer.az xəbər verir ki, Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarını üçüncü ölkə vətəndaşları ilə bərabərləşdirən bu qərar oktyabrın 1-də qüvvəyə minib.
Bu barədə qərar hələ ötən ilin oktyabr ayında qəbul edilmişdi. Məqsəd saxta şəxsiyyət vəsiqələri ilə mübarizə aparmaqdır. Böyük Britaniya DİN-nin məlumatına görə, məhz Avropa ölkələrinin şəxsiyyət vəsiqələri sərhəddə ən çox müsadirə edilən vəsiqələrdir.
Yeni qaydalar tam və ya qismən yaşayış izni almaq üçün bu il iyunun 30-dək müraciət etmiş Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarına şamil edilmir. Onlar 2025-ci il dekabrın 31-dək ölkələrinin şəxsiyyət vəsiqələri ilə ölkəyə daxil olacaqlar.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












