Xiaomi də elektrikli avtomobil "karvanına" qatılır

Apple, LG və Huawei-dən sonra ağıllı telefon istehsalçısı Xiaomi-nin də elektrikli avtomobil istehsalına sərmayə yatıracağı bildirilir.
Xiaomi, üç il ərzində elektrikli avtomobil sektoruna 15 milyard dollarlıq sərmayə qoymağı planlaşdırır.
Avtosfer.az "Bloomberg News"a istinadən xəbər verir ki, ağıllı telefon istehsalçısı Xiaomi, bir çox elektrikli avtomobil istehsalçısının olduğu elektrikli avtomobil (elektromobil) bazarına daxil olmağı nəərdə tutur.
Axtarış nəhəngi Baidu və Geely də daha əvvəl elektrikli avtomobil istehsal etmək üçün ortaqlıq quracaqlarını açıqlamışdılar. Elektrikli vasitə satışları bu il yalnız Çində 50%-dən çox artıb.
Xəbərə görə, Xiaomi planlaşdırılan sərmayənin 60%-ını özü qarşılayacaq, qalan hissəsini isə borc alacaq.
Çin şirkəti Xiaomi, ağıllı telefonlarda tətbiq etdiyi istehsal modelini elektrikli avtomobillərə tətbiq etməyi də planlaşdırır. Bu mövzuda da Xiaomi, Foxconn kimi müqavilə ilə istehsal edə bilən şirkətlərə güvənir. Xəbərdə şirkətin ənənəvi avtomobil istehsalçıları ilə ortaq ola biləcəyi də qeyd edilib.
Apple, LG, Huawei və Foxconn kimi şirkətlər ötən aylarda elektrikli avtomobil istehsal etmək üçün müxtəlif ortaqlıqlar planlaşdırdıqlarını açıqlamışlar. Gələcəyin avtomobil istehsalçılarının ağıllı telefon istehsalçılarının olacağı danışılır.
Toyota və Volkswagen kimi ənənəvi avtomobil istehsalçıları isə sektora yeni daxil adlardan narahat olmadıqlarını bildiriblər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












