"Xiaomi" elektromobil istehsalı ilə məşğul olacaq

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keçirdib. Məlumata əsasən Xiaomi-nin elektromobil istehsalı ilə məşğul olacaq şöbəsi artıq aktiv inkişaf mərhələsinə keçid edib. Beləliklə yeni şirkət Xiaomi EV Inc. adını əldə edib. Onun ilkin büdcəsi isə 1.55 milyard dollar təşkil edir.
Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi rəsmi şəkildə elan etmişdi ki, o, elektriklə çalışan nəqliyyat istehsalına növbəti 10 il ərzində 10 milyard dollar investisiya yatırmağı planlaşdırır. Xiaomi-nin məlumatına əsasən şirkətin bu sahəsi ilə məşğul olan filialında artıq 300 əməkdaş çalışır. Bununla yanaşı Xiaomi-nin elektromobil şöbəsinə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəhbərlik edir.
Xiaomi onu da qeyd edib ki, elektromobillər ilə məşğul olan şöbə son 5 ay ərzində istifadəçi auditoriyası üzrə irimiqyaslı araşdırma aparıb və bu sahədə çalışan təmsilçilər ilə partnyorluq razılaşmaları əldə edib. Buna baxmayaraq Xiaomi hələ elektromobil və ya elektromobil prototipi təqdim etməyə hazır deyil. Qeyd etmək lazımdır ki, Çinin elektromobil bazarında artıq Nio və Xpeng kimi yerli nəhənglər mövcuddurlar. Həmçinin Tesla şirkəti də Çinin elektromobil bazarında müəyyən bazar payına sahibdir.
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu












